Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi

20:36 20-09-2019 1134

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı vəzifəsindən istefa verib.

Bu barədə partiya funksioneri özü “Facebook” səhifəsi vasitəsilə məlumat verib.

Qeyd edək ki, Fuad Qəhrəmanlının qızı Selcan Yağmur ailədaxili şiddəti əsas gətirərək, atasından imtina etməsi barədə status dərc etmişdi. Bunu şərh edən Fuad Qəhrəmanlı qızının profilinin oğurlandığını və paylaşımın həqiqətə uyğun olmadığını bildirib.

S.Yağmur buna cavab olaraq, profilinin oğurlanmadığını və statusu özünün yazdığını deyib. Daha sonra F.Qəhrəmanlı qızının bu fikri böyük emosional gərginlik halında yazdığını söyləyib.

Bu il avqust ayının 1-də Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı Abşeron Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qızının anası ilə qalması şərti ilə nikahın pozulmasına dair iddia qaldırıb.

Mülki iş hakim Elman Məmmədov tərəfindən araşdırılır.