İstanbulda maraqlı kampaniya - Zibil gətir, qızıl apar

21:27 16-06-2019 579

İstanbulda fəaliyyət göstərən banklardan birinin apardığı reklam kampaniyası həm öz adının tanıdılmasına xidmət edir, həm də ətraf mühitə fayda verir.

Belə ki, bank şəhərin müxtəlif yerlərində qoyulmuş tullantı qablarının üzərində “Tullantı gətir, qızıl apar” adlı kampaniya başladılması barədə elanlar verib. 

“EuroStar” kanalının verdiyi məlumata görə, bu kampaniya insanlarda böyük maraq doğurub, hər kəs plastik qab, kağızla dolu torbalarla həmin məntəqələrə gəlir, verdiyi tullantının əvəzində bankın kartı ilə təmin olunur. 

Hər dəfə tullantı təhvil verildikcə bu kartlara müəyyən miqdarda bal əlavə olunur. 150 bal toplayan kart sahibinə bir qramlıq qızıl sikkə hədiyyə edilir.