Naməlum şəxs 31 yaşlı kişini bıçaqladı

01:45 21-09-2019 1605

Abşeronda 31 yaşlı kişi bıçaqlanıb.

HerGun.Az xəbər verir ki, hadisə Goradil bağları yaşayış massivində baş verib.

Naməlum şəxs 1988-ci il təvəllüdlü Lətifov Rövşən Ziyad oğluna bıçaqla xəsarət yetirib.

Bədənin müxtəlif nahiyələrindən bir neçə bıçaq xəsarəti alan yaralı dərhal xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib.

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu