Göygöldə “Mercedes” piyadanı keçiddə vurdu

03:27 21-09-2019 1263

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Quşqara kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü İlqar Namazov kənd orta məktəbinin qarşısında yolu keçmək istərkən piyada zolağının üzərində “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal Gəncədə yerləşən xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.