Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar

09:45 21-09-2019 767

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə “DOS-84” adlanan yaşayış ərazisində qeydə alınıb.

İki qardaş - Rövşən və Röyal Cəfərovlar naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb, onların atası Məhərrəm Cəfərov isə döyülüb.

Yaralılar 1 saylı Şəhər və 3 saylı Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma gedir.