Sevgilisi bloqeri 19 yerindən bıçaqladı

12:09 21-09-2019 1542

Ukrananın Odessa şəhərində 19 yaşlı bloqer Olqa Burdeynaya qısqanclıq zəminində keçmiş sevgilisi tərəfindən bıçaqlanıb.

19 bıçaq zərbəsi alan gənc qız yoldan keçən bir nəfərin təcili yardım çağırması ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər bildirib ki, qaraciyərindən zərbə alan qız çox qan itirib.