Meqan Marklın geyimi narazılığa səbəb oldu - VİDEO

18:09 21-09-2019 20

Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl dizayner Mişi Non və neft maqnatı Maykl Hessanın Romada keçirilən toy mərasiminə qatılıblar. 

“Daily Mail” xəbər verir ki, mərasimdə Meqan Marklın geyimi britaniyalıların narazılığına səbəb olub. 

Belə ki, Meqan toya tüldən hazırlanmış tünd qara paltar geyinib. Bildirilib ki, britaniyalılarda toya qara paltar geyinilməsi xoşagəlməz hal sayılır. 

Məlumatlara görə, Meqanın mərasimdə geyindiyi paltarın 11 min dollar dəyəri var.