Göygöldə maşın aşdı

20:45 21-09-2019 450


Göygöl rayonunda avtomobil aşıb. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü İmanov Amil Telman oğlu idarə etdiyi "VAZ 21 03" markalı avtomobili aşırıb.

Nəticədə sürücü ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Aparılan araşdırmalar zamanı onun sərxoş olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.