Ağstafada maşın ağaca çırpıldı

21:45 21-09-2019 453

Ağstafa rayonu ərazisində “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. 

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, nəticədə sürücü, 1992-ci il təvəllüdlü Şəmistan Hüseynov müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.