Avstraliya səmalarında meteorit göründü - VİDEO

22:27 21-09-2019 575

Avstraliya səmalarında meteorit görünüb. 

Türkiyə saytlarının verdiyi xəbərə görə, meteoritin görünmə anı maşın və təhlükəsizlik kameralarında qeydə alınıb. 

Mütəxəssislər ən azı futbol topu böyüklüyündəki kosmik cismin Yer kürəsindən ən azı, 20-30 kilometr hündürlükdə olduğunu təxmin edirlər. Onların fikrincə, meteorit bölgədə yaşayan insanlar üçün təhlükə kəsb etmir. 

Meteoritin görünmə anı sosial şəbəkələrdə də paylaşılıb.