Alimlər gözlənilməz təhlükə barədə xəbərdarlıq etdilər - Yuxu çatışmazlığı

00:27 22-09-2019 26

Portuqaliya tədqiqatçıları yuxu pozğunluğu və  çatışmazlığının bağırsaq sağlamlığına mənfi təsir göstərməsini  açıqlayıb.

Bu barədə “EurekAlert!” xəbər verir.

Alimlər həzm sisteminə əhəmiyyətli təsir göstərən İLC3 immun hüceyrələri qrupunun fəaliyyətinin yuxu və ayıqlıqla bağlı olması qənaətinə gəliblər. Bu hüceyrələr infeksiyalarla mübarizə aparır, bağırsaq epitelinin bütövlüyü və lipidin udulmasında iştirak edir. 

Təcrübə zamanı tədqiqatçılar bədənin çirkad ritmlərini pozub və bunun nəticəsində bağırsaqda ILC3 miqdarının azaldığını müşahidə edib. Bu da öz növbəsində şiddətli iltihaba, bağırsaq sistemində pozğunluğa və yağ yığılmasının artmasına səbəb olub.

Alimlərin araşdırmasına görə, bu, bağırsaq toxumalarında ILC3 miqrasiyasının pozulmasına görədir. Yuxu və ayıqlıq rejiminin dəyişməsi zamanı immun hüceyrələrin membranlarında xarici mikrofloraya qarşı mübarizə aparmaq və epiteliyanı bərpa etmək üçün bağırsağın hansı hissəsində hərəkət etməli olduğunu müəyyənləşdirən zülallar, ILC3 istehsalını dayandırır.

“Yuxusuzluq və ya gündəlik iş rejimindəki dəyişikliklər, sağlamlıq üçün dramatik hala gətirib çıxarar ki, bu da bağırsaqların iltihabı kimi immunitetlə əlaqəli bir sıra xəstəliklərə səbəb ola bilər”, - deyə əsərin baş müəllifi Enrike Veyqa-Fernandez bildirib.

Ekspertlər bildirir ki, buna görə, gecə işləyən və ya saat fərqi olan ölkələrə səyahət edən insanlar, ya artıq çəkidən, ya da bağırsaq iltihabından əziyyət çəkirlər.