Çeçenistanda cinlərə inansalar da, cadugərləri cəzalandırırlar - VİDEO

19:00 22-09-2019 601

Çeçenistanda iki qadın və bir kişi cadugərlikdə ittiham olunaraq, saxlanılıb. 

Lenta.ru xəbər verir ki, sentyabrın 21-də ölkənin "Qroznı" telekanalında nümayiş olunan xəbərlər buraxılışında Urus-Martanovsk rayonunda cadugərliklə mübarizə barədə süjet nümayiş olunub. 

"YouTube" kanalına yerləşdirilmiş süjetdə cinlərin varlığı etiraf olunur. Videogörüntüdə eyni zamanda cadugərlərin işgəncə altında üzrxahlıq etmələri əksini tapıb. 

Müxbirin sözlərinə görə, Zina xala cadugərliklə məşğul olurmuş, yerli sakinlər cadu və ya dua yazdımaq niyyəti ilə ona müraciət edirmişlər. Kadrlardan görünür ki, Adam Elkiracov adlı imam polis idarəsində yaşlı qadına qışqırır və onu ağacla hədələyir. Sonra əlində eyni cür ağac olan başqa bir kişi də qadına çığrır, polislər isə baş verənləri kənardan müşahidə edirlər.

Zinanın "cinləri yemlədiyi" iddia olunur. Müxbir deyir: "İlk baxışdan fanyastik görünsə də, cinlərin mövcudluğu, onların ünsiyyətə girə və insanlara zərər vura bilmə imkanları islamda mübahisə predmeti olmayan həqiqətlərdəndir".

Daha sonra cadigərlikdə ittiham olunan iki nəfərdən söhbət açılır.

Süjet ölkənin dini rəhbərliyinin asayiş keşikçiləri ilə birgə cadigərliyə qarşı mübarizəni gücləndirmələri barərə məlumatla bitir.