Azərbaycanlılarla ermənilər arasındakı davaya görə cinayət işi başlandı: iki nəfər saxlanıldı - VİDEO

23:45 22-09-2019 1003

Şənbə günü Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi dava faktı ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

HerGun.Az xəbər veir ki, davanın iki iştirakçısı saxlanılıb. 

İstintaqçıların fikrincə, onlar digər şəxslərə bədən xəsarətləri yetiriblər. 

Polis müəyyən edib ki, dava məişət zəminində baş verib.

Xatırladaq ki, Frunze rayonunda 04:30 radələrində başlayan davada ümumilikdə 20-yə yaxın insan iştirak edib. Hadisə zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq, xəstəxanaya yerləşdirilib. 

Dava zamanı bıçaq və travmatik silahdan istifadə edilib.