Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşdü

01:36 23-09-2019 1348

Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. 

Nazirlikdən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə Həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.