Ərdoğan və Tramp problemlər haqda danışdılar

05:36 23-09-2019 517

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

Anadolu” xəbər verir ki, Türkiyə liderinin zəngi zamanı Tramp seçkiqabağı kompaniya çərçivəsində görüşlər keçirirdi.    

Bildirilir ki, dövlət başçıları ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələri müzakirə ediblər. Telefon danışığı zamanı həmçinin regional problemlər də diqqət mərkəzində olub.