ABŞ Rouxaninin BMT səfərinə əngəl törədir – Viza verilmədi

06:27 23-09-2019 556

ABŞ BMT-nin iclasına yollanan İran nümayəndə heyətinə viza verməyib.

RİA Novosti” xəbər verir ki, İran tərəfi Nyu-Yorkda keçirilən BMT Baş assambleyasında Fars körfəzində gərginliyin aradan qaldırılmasına dair plan təqdim etmək niyyətində olub.

Tahrandan bildiriblər ki, ABŞ-ın bu addımları “İslam respublikasının azad səsini” məhdudlaşdırmaq məqsədi güdür.

Bu həm də qəbul edən tərəf kimi ABŞ-ın diplomatik öhdəliklərini yerinə yetirməməsi deməkdir.