Milyonluq maşınla mağazaya girib “playstation” oğurladılar - VİDEO

09:09 23-09-2019 446

Yunanıstanın paytaxtı Afinada oğrular qaçırdıqları 1967-ci il istehsalı “Ford Mustang” markalı avtomobillə elektronika mağazasına giriblər.

Məlumata görə, onlar oğurluq məqsədilə girmək istədikləri elektron mağazasının vitrinindən içəri daxil olublar.

Bildirilir ki, cinayətkarlar oradan üç ədəd “Sony PlayStation” oyun qurğusu və digər əşyalar oğurlayıblar.

İnformasiyaya görə, oğruların istifadə etdiyi klassik maşın zədələnib. Onun bərpası üçünsə bundan əvvəl 45 min avro pul xərclənib.