Azərbaycanlı gimnast Dünya Kubokunun qalibi oldu

15:00 23-09-2019 437

Bu həftəsonu Rusiyanın Xabarovsk şəhərində batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku baş tutub.

HerGun.Az xəbər verir ki, yarışın tamblinq üzrə yarışlarında yeganə təmsilçimiz Mixail Malkin ən yüksək göstəricini əldə edib.

Belə ki, Mixail Malkin bütün rəqiblərini geridə qoyaraq, 76,300 xalla qızıl medala sahiblənib. Gümüş və bürünc medallar rusiyalı idmançılar – Maksim Ryabikov (72,300) və Maksim Şlyakinə (71,100) qismət olub.