Qaban vurmaq istəyərkən səhvən atasını güllələdi

15:45 23-09-2019 670

İtaliya mediasında yer alan xəbərə görə, ata və oğul ölkənin cənubunda, Salerno bölgəsindəki Postiglione şəhəri yaxınlığında sıx kollarla örtülü əraziyə ova gedib.

Kol dibində kölgə və tərpəniş görən 34 yaşlı kişi atəş açıb. Atasını vurduğunu anladıqda isə dərhal təcili yardıma zəng vurub. Lakin həkimlər 55 yaşlı Martino Gaudiosonu xilas edə bilməyib.

Məlumata görə, İtalyan Heyvanları və Ətraf Mühitin Mühafizəsi Birliyinin rəhbəri Michela Vittorria Brambila ölkənin "Vəhşi Qərb"ə çevrildiyini bildirib.

“Bu, milli həyəcan təbilidir”, - deyə Brambila açıqlama verib.

Hələ ötən ilin oktyabr ayında İtaliyanın Ətraf Mühit naziri 18 yaşlı uşağın Fransa sərhədi yaxınlığında, 67 yaşlı kişinin isə meşədə başından vurularaq öldürülməsindən sonra bazar günlərinə ov qadağası təklif etmişdi.