Azərbaycanlı paracüdoçular Qran-Prinin ilk günündə beş medal qazandı

18:09 23-09-2019 431

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən paracüdo üzrə Qran-Prinin ilk günü beş medal qazanıb.

HerGun.Az-ın xəbərinə görə, kişi yığmamızdan Namiq Abbaslı (-66 kq) gümüş, Ramil Qasımov (-73 kq) bürünc medal qazanıb.

Qadın yığmamızdan isə Sevda Vəliyeva (-57 kq) gümüş, Şəhanə Hacıyeva (-48 kq) və Afaq Sultanova (-57 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, sabah dörd kişi və üç qadın idmançımız mübarizəyə qoşulacaq.

Səbuhi Musayev