O, ilin ən yaxşı futbolçusu oldu

00:36 24-09-2019 855

“Barselona” komandasının argentinalı hücumçusu Lionel Messi FİFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.

HerGun.Az xəbər verir ki, FİFA bir çox nominasiyalarda kişi və qadın futbolçuları, o cümlədən ən yaxşı məşqçini, ən yaxşı qolun müəllifini və ən yaxşı azarkeşləri də mükafatlandırıb.

Lionel Messi ən yaxşı qolun müəllifi kimi ilk üçlüyə düşsə də, qalib gələ bilməyib. Lakin o, ilin ən yaxşı futbolçusu seçilib.