Avtobusla yük maşını toqquşdu: sürücü öldü

14:45 24-09-2019 482

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 18-ci kilometrliyində, Şəki rayonunun Turan qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Babayev Mehdi Miskar oğlu “Otokar Tempo” markalı avtobusla Yevlax istiqamətində hərəkətdə olarkən Şəki rayon sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Nihat Şakir oğlunun idarə etdiyi “Ford Transit” markalı yük maşını ilə toqquşub. 

Hadisə nəticəsində N.Abdullayev xəsarətlə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Könül Cəfərli