İmamoğlu ilə Yıldırım canlı yayımda üz-üzə gəldi

22:54 16-06-2019 667

İyunun 23-də Türkiyənin İstanbul şəhərində keçiriləcək bələdiyyə seçkiləri öncəsi iki namizəd Binəlı Yıldırım və Əkrəm İmamoğlu ilk dəfə canlı yayımda üz-üzə gəlib.

Hazırda davam edən canlı yayımda namizədlərə sualları aparıcı İsmayıl Küçükkaya ünvanlayır. 
Aparıcının Əkrəm İmamoğluna ünvanladığı “18 gün İstanbulun bələdiyyə rəhbəri oldunuz. Nələr etdiniz?” sualı maraq doğurub.

Binəli Yıldırımın çıxışından sonra söz alan Əkrəm İmamoğlu Yıldırımın 25 illik hakimiyyətdə olduğu müddətdən  daha çox iş görə biləcəklərinə eyham vuraraq, seçkiöncəsi təşviqat kampaniyasında  bildirdiyi fikirlərin Binəli Yıldırım tərəfindən AKP-nin fikri kimi çatdırılmasına etiraz edib.

Müzakirələr zamanı tərəflərin bir- birlərinin fikirlərini qəbul etməməsi diqqət çəkib. İmamoğlu seçkilərdə səslərin düz hesablanmamasını hakimiyyətin səhvi və seçkiləri düzgün təşkil etməməsi ilə əlaqədar olduğunu söyləyib.