“Qarabağ”ın futbolçusu İspaniyaya göndərilir - Zədəyə görə

15:45 24-09-2019 484

Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə “Zirə” ilə qarşılaşmanın sonlarında zədələnən “Qarabağ” klubunun ispaniyalı yarımmüdafiəçi Xayme Romero bu gün tibbi müayinədən keçib. 

HerGun.Az xəbər verir ki, müayinə zamanı futbolçunun çiyin bağlarından birinin qırıldığı və digərinin isə zədələndiyi müəyyənləşib.

Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. 

Futbolçu bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq.

Qeyd edək ki, qarşılaşma ağdamlıların 3:1 hesbalı qələbəsi ilə başa çatıb.