Rusiyadan Azərbaycana gələn avtomobildən 7 000 ədəd güllə tapıldı - FOTO

18:18 24-09-2019 460

Azərbaycan vətəndaşı sərhəddən qanunsuz olaraq külli miqdarda güllə keçirmək istərkən yaxalanıb.

Dövlət Gömrük Komitəsindən HerGun.Az-a verilən məlumata görə, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes-Benz Viano” markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerinin sol tərəfindəki örtüyün altında və ön sağ oturacağın altında olan boşluqlarda 14 ədəd metal qabda üzərində “Exact Jumbo Heavy Diabolo” yazısı olan 7000 ədəd yarımkürə formasında tir tüfənginin gülləsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.