Amerikalı nazir Trampın çıxışı zamanı yuxuladı - VİDEO

05:18 25-09-2019 520

ABŞ-ın ticarət naziri Uilbur Ross prezident Trampın BMT Baş Assambleyasında çıxışı zamanı yatıb.

REN xəbər verir ki, ABŞ liderinin nitqi canlı efirdə nümayiş olunub.

Kadrlarda göründüyü kimi, Ross ABŞ nümayəndə heyəti üçün ayrılan yerdə, Dövlət katibi Mayk Pompeonun arxasında oturub. Yuxuluyan nazir az sonra başını da aşağı salıb.

Qeyd etmək lazımdı ki, bu Rossun içtimai tədbirlərdə ilk yuxulaması deyil. 2017-ci ildə Ər-Riyadda ABŞ-ın ərəb ölkələri liderləri ilə sammitində o yenə də yatmışdır.