Putin dünya ölkələrinə sülh ismarıcı göndərdi

08:00 25-09-2019 468

Rusiya Prezidenti Vladimir Putin dünyanın bir çox ölkəsinə orta və qısa mənzilli raketlərin yerləşdirilməsinin qadağan edilməsini özündə əks etdirən təklif göndərib.

Kommersant” xəbər verir ki, göndərilən ölkələr sırasında NATO-ya üzv olan dövlətlər də daxildir.

Rusiya prezidenti Avropa ərazisində raket yerləşdirmək niyyətində olmadığını qeyd edib və qarşı tərəfi də analoji addım atmağa cağırır.  

Mənbə bildirib ki, NATO rəsmi Moskvanın bu təklifini ciddi qəbul etməyib. Səbəb kimi Rusiyanın bu cür silahları artıq öz ərazisində yerləşdirməsini göstərib.

“Orta və Qısa Mənzilli Raketlərin Ləğvinə Dair Saziş” SSRİ və ABŞ tərəfindən 1987-ci ildə imzalanıb. Sənədə əsasən, hər iki tərəf quruda yerləşdirilmiş bütün orta və qısa mənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməli idilər.

Avqustun 2-dən başlayaraq orta və qısa mənzilli raketlərin ləğvinə dair saziş qüvvəsini itirib. ABŞ, buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini “yerinə yetirməməsini” göstərib.