Gündə iki butulka qazlı su içdi, iş qabiliyyətini itirdi - FOTO

12:36 25-09-2019 476

Malayziyanın Selanqor ştatının Ravanq şəhər sakini qazlı su asılılığına görə əllərini itirmək təhlükəsilə üzləşib.

56 yaşlı Mod Razin Məhəmməd hər gün ofisdə azı iki butulka qazlı su içib. Məhəmməd o qədər şəkərli içki qəbul edib ki, ofisdə üç dəfə huşunu itirib. Nəticədə, həddindən artıq şəkər qəbul etdiyinə görə kişidə şəkərli diabet yaranıb.

Məhəmmədə diaqnoz qoyulduqdan bir müddət sonra kürəyində nəhəng abses görünüb. Kişi qanqrena sağ əlinə yayıldıqdan sonra həkimə müraciət edib. Bu vaxt artıq yaranın altında sümük görünüb.

Həkimlər təcili əməliyyata başlayıblar. Onlar zədələnmiş dərini kəsib, çirki çıxarıb xəstəyə intensiv antibiotik kursu tətbiq ediblər. Nəticədə, malayziyalının əlini xilas etmək mümkün olsa da, o, iş qabiliyyətini itirib. Məhəmməd hazırda kürək ağrısından əziyyət çəkir.

Bundan başqa, kişi orqanizmindəki şəkərin səviyyəsini tənzimləyən dərman qəbul edir.