Runidən möhtəşəm qol - VİDEO

11:18 27-06-2019 720

“Mançester Yunayted” klubunun sabiq hücumçusu Ueyn Runi möhtəşəm qola imza atıb. 

HerGun.Az xəbər verir ki, hazırda “Di-Si Yunayted” klubunun formasını geyinən Runi MLS çempionatı çərçivəsində “Orlando Siti”yə qarşı keçirilən oyunun 10-cu dəqiqəsində 60 metrdən rəqib qapısına yol tapıb.

Bu qol oyunda yeganə olub. Bununla da U.Runi MLS çempionatında doqquzuncu qoluna imza atıb. 

Samir İsayev