Timsah iki uşağı parçaladı, aqressiv begemotlar onları xilas etməyə mane oldu

14:54 25-09-2019 710

Keniyada timsah məktəbin ikinci və beşinci siniflərində oxuyan iki qardaşı öldürüb.

Bu barədə Keniyanın “The Standard” qəzeti xəbər verir.

Sürünənlər uşaqlar çay kənarında mal-qara otlayarkən hücum edib. Aqressiv begamotlar yerli sakinlərə hücum edərək itkin düşən uşaqları tapmaq və xilas etmək cəhdlərinə mane olublar.

Qardaşların qalıqlarını yalnız ertəsi gün tapmaq mümkün olub. Bu müddət ərzində çay onlarını cəsədini hücum yerindən təxminən iki kilometr aralıya aparıb. 

Keniyada Nil timsahlarına rast gəlinir. Uzunluğu beş metrə qədər olan timsahlar həddindən artıq aqressivdirlər və hətta qara kərgədan, zürafə, Afrika camışı və şir kimi böyük, güclü heyvanların öhdəsindən gələ bilir.