Milan-Moskva reysi ilə uçan təyyarədə kondisionerlər işləmədi

23:36 16-06-2019 1150

Milan-Moskva reysi ilə uçan təyyarənin sərnişinləri kondisionerlərin işləməməsindən narahatlıq keçirsələr, də təyyarə heç bir problem olmadan Moskva hava limanına enib.

RİA Novosti-nin məlumatına görə, “Aeroflot” şirkətinə məxsus təyyarədəki ötürücülər hermetikliyin pozulmasını qeydə alıb. Daha sonra kondisioner sisteminin işləmədiyi məlum olub.

Buna baxmayaraq, təyyarənin “Şeremetevo” hava limanına enişi zamanı heç bir problem yaranmayıb.