Beynəlxalq Valyuta Fonduna bu xanım rəhbərlik edəcək

22:18 25-09-2019 659

Kristalina Georgiyeva Beynəlxalq Valyuta Fondunun baş direktoru seçilib. 

Qurumun saytında dərc olunan xəbərə görə, Fondun İcraçı Şurası onun namizədliyi üzərində dayanıb. 

K.Georgiyeva oktyabrın 1-dən işə başlayacaq. Bolqarıstanlı xanım BVF-nin tarixinə inkişaf etməkdə olan ölkəni təmsil edən ilk rəhbər kimi düşür. 

K.Georgiyeva ilə yanaşı, bu post uğrunda Niderlandın sabiq maliyyə naziri Yerun Deysselblum da mübarizə aparırdı.

Xatlırladaq ki, BVF-nin sabiq baş direktoru Kristin Laqard iyul ayında istefa vermişdi.

Laqarddan sonra Georgiyeva BFV-yə rəhbər seçilən ikinci qadındır.