Rusiyada “Boeing” qəza enişi etdi: 49 nəfər xəsarət aldı – VİDEO

03:27 26-09-2019 912

Rusiyanın Barnaul şəhərinin hava limanında “Boeing 767” təyyarəsi sərt eniş edib.

RİA Novosti” xəbər verir ki, təyyarə aeroporta yanan şasilərlə enib.

Hadisə nəticəsində 49 nəfər xəsarət alıb: onlardan 5 nəfər xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicəyə göndərilib.

“Azur Eyr” aviaşirkətinə məxsus təyyarə Vyetnamdan uçuş həyata keçirib, göyərtəsində 331 sərnişin olub.

Barnaul nəqliyyat prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.