“Natəmiz” həkimlər: Yunanıstanda uşaq alveri ilə məğşul olan cinayətkar şəbəkə ifşa olundu

05:27 26-09-2019 486

Yunanıstan polisi keçirdiyi iri miqyaslı əməliyyat nəticəsində uşaqların qanunsuz yolla övladlığa götürülməsi, surroqat anaların yığılması, toxum hüceyrələrinin ticarəti ilə məşğul olan dəstə üzvlərini zərərsizləşdirib.

RİA Novosti” xəbər verir ki, bu barədə Saloniki şəhərinin Təhlükəsizlik İdarəsinin rəhbəri, polis general-mayoru Antonios Tzitzis bildirib.

Salonikin müxtəlif rayonlarında keçirilmiş əməliyyatda təxminən 80 yerli polis və Avropol əməkdaşı iştirak edib.

Polis generalının bildirdiyinə görə, əməliyyatda 12 nəfər həbs edilib, 66 nəfər barəsində cinayət işi qaldırılıb. 22 uşaqın satın alınması faktı aşkarlanıb, həmçinin 24 qadından qanunsuz olaraq donor kimi istifadə olunub.

Bu, polis tərəfindən aşkarlanmış uşaqların qanunsuz övladlığa götürülməsi və toxum hüceyrələrinin ticarəti ilə məşğul olan ən böyük mütəşəkkil qruplaşmadır.