BƏƏ ilk kosmonavtını kosmosa göndərdi - VİDEO

06:36 26-09-2019 457

BƏƏ-nin kosmonavtını daşıyan kosmik gəmi sentyabrın 25-də Qazaxıstanın Beynəlxalq Kosmik Stansiyasından havalanıb.

RİA Novosti” xəbər verir ki, Həzza Əl-Mənsurini ilk səfərində NASA-nın astronavtı Jessica Meir və Rusiyanın “Roskosmos” kosmik agentliyindən olan Oleq Skripochka müşayiət edib.

Rusiyaya məxsus "Soyuz" raketi axşam saatlarında Qazaxıstanın Baikonur Kosmodromundan uçuş edib və uğurla orbitə girib.

Əl-Mənsuri həmçinin Beynəlxalq Kosmik Stansiyada ilk ərəb kosmonavtı olub. Onun Yerə qayıtması oktyabrın 3-də nəzərdə tutulub.