Enerjisi bitən “Tesla” təqib zamanı polisi yarı yolda qoydu

23:45 26-09-2019 563

ABŞ-ın Florida ştatında cinayətkarı təqib edən “Tesla” markalı polis avtomobili yolda qalıb.

“Lenta.ru” xəbər verir ki, buna səbəb avtomobilin batareyalarının enerjisinin bitməsi olub.

Santa Klara şəhərində bir polis əməkdaşı cinayət şübhəlisini təqib edib. Polisin dayanma tələbinə əməl etməyən şübhəli isə sürətlə uzaqlaşmaq istəyib. Batareyanın cəmi 9 kilometr məsafə dözə biləcəyini xidmətdəki yoldaşlarına bildirən polis izləməni onların davam etdirmələrini istəyib.

Avtomobilin hansı səbəbə görə növbədən əvvəl tam doldurulmadığı bəlli deyil. Yerli polis bölməsindən isə bildiriblər ki, hərdən belə hallar yaşanır. Çünki xidmətdən qayıdan polislər batareyanı doldurmağa gərək duymurlar.

Qeyd edək ki, Kaliforniya polisindən “Tesla” elektromobillərinin yarımillik sınaq müddətində istifadə edildiyi və müəyyən məlumatların toplandığı haqqında açıqlama verilib.