Sabiq deputatların da pensiyası artırıla bilər

13:36 27-06-2019 619

Millət vəkili Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında sabiq deputatların pensiyasının artırılmasını təklif edib.

HerGun.Az-ın məlumatına görə, F.Ağamalı sabiq deputatların ona müraciət ünvanladığını deyib:

“Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”.

O, dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, bu məsələ gündəmdədir, pensiyanın artırılması nəzərdə tutulur.

Kamil Həmzəoğlu