“Erməni qəbiristanlığı”nda bıçaqlanma: Gecə klubunda qan töküldü

01:27 27-09-2019 591

Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə “erməni qəbiristanlığı” kimi tanınan ərazidə baş verib.

Gecə klublarından birinin yaxınlığında naməlum şəxs və ya şəxslər 1988-ci il təvəllüdlü Ağalarov Nahid Bəylər oğlunu bıçaqlayıb.

Yaralı dərhal xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona ayağın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hazırda Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışları istiqamətində istintaq işi aparır.

Kamil Əmirli

Elşad Mətləboğlu