Fermer traktorla Qreta Tunberqin nəhəng portreti çəkdi – VİDEO

04:54 27-09-2019 654

İtaliyalı rəssam Dario Qambarin traktorla növbəti sənət əsərini yaradıb.

Bloomberg” xəbər verir ki, fermer çöldə 16 yaşlı isveçli Qreta Tunberqin şəklini çəkib.

“Yerin ümüdi - Qreta”, - şəklin yanında belə yazı var.

Fermer 27 min kvadrat metrlik sənət əsərinə 10 saat vaxt sərf edib. 

Daha əvvəl Qambarin eyni üslubla tanınmış siyasətçilərin şəkillərini çəkib.

Xatirladaq ki, bir neçə gün öncə Qreta Tunberq BMT-də çıxışı zamanı dünya liderlərini planetin təbiətinin dağıdılmasında ittiham edib.