Siyasətin yeni formatları: Salvador prezidenti BMT tribunasında selfi etdi - FOTO

07:54 27-09-2019 512

Salvador prezidenti Naib Bukele BMT-nin Baş Assambleyasındakı çıxışını selfi ilə başlayıb.

O siyasətin yeni formatlarından söz açaraq şəkli dərhal Twitter səhifəsində yerləşdirib.

Onun sözlərinə görə, Baş Assambleyanın formatı günü-gündən köhnəlir və onu zəmanənin tələblərinə uyğun dəyişmək lazımdır.

Bukele siyasətçilərə sosial şəbəkələrdən daha çox istifadə etməyi təklif edib.