Dövlət başçısı Meksikaya səfir təyin etdi

19:09 27-09-2019 609

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkəmizin Meksika Birləşmiş Statlarına səfirini təyin edib.  

Dövlət başçısının sərəncamı ilə Məmməd Afiq oğlu Talıbov Meksikada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri təyin olunub.