Səudiyyə Ərəbistanı neft hasilatını bərpa edib

02:27 28-09-2019 479

Səudiyyə Ərəbistanı sutkada 9,8 milyon barel neft hasilatının səviyyəsini bərpa edib.

Bu barədə “Bloomberg” yazır.

Eyni hasilat səviyyəsi “Saudi Aramco” şirkətinin neft obyektlərinə pilotsuz uçan aparatların hücumundan bilavasitə əvvəl qeydə alınıb. Hadisədən sonra isə göstəricilər hər gün 4,1 milyon barelə düşmüşdü.

Xatırladaq ki, hava hücumlarından bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının Energetika Nazirliyi oktyabr ayında gündə 9,89 milyon barel neft istehsal edilməsinin planlaşdırıldığını bildirmişdi.

Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə “Saudi Aramco” müəssisələri hücuma məruz qalıb. Xüsusilə, ölkənin şərqində yerləşən neft emalı kompleksinə hücum edilib. Bu da Səudiyyə Ərəbistanında neft hasilatının iki dəfə azalmasına gətirib çıxardı.