“Twitter”in işində nasazlıqlar yaranıb

04:18 28-09-2019 391

“Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

Bu barədə şəbəkələrin işini izləyən “Downdetector” saytında bildirilib.

Sosial şəbəkənin işində problemlər şənbə gününə keçən gecə başlayıb və bir sıra ölkələrdə müşahidə edilir.

Problemlərdən daha çox Yaponiya, ABŞ, Böyük Britaniya sakinləri şikayətləniblər.
İstifadəçilərin 53%-i “Twitter”in işindəki problemlər barədə məlumat verib.

Onlar həmçinin “iPhone” və “iPad” (24%), eləcə də “Android” (22%) üçün mobil tətbiqlərin də işində nasazlıqdan şikayət ediblər.