Məşhur repçinin nəvəsi öldü

04:45 28-09-2019 374

Tanınmış repçi Snup Doqun (Snoop Dog) on gün bundan öncə doğulmuş nəvəsi Kay Lav dünyasını dəyişib. 

Bu barədə “E! News” körpənin atası və repçinin oğlu Kord Brodusun “Instagram” akkauntuna istinadən xəbər verir.

Oğlanın ölümünün səbəbləri açıqlanmır. Körpənin atası uşağın onun qucağında öldüyünü qeyd edib .

"Oğlum Kay bu dünyaya böyük sevgi və pozitiv gətirdi. Onun enerjisi yaşayacaq və bu on günlük sevgi həmişə bizim üçün xüsusi olacaq", - deyə Brodus yazıb.

Xatırladaq ki, 2015-ci ildə Kord Brodusun Zion adlı oğlu, 2018 - ci ildə isə Elleven adlı qızı dünyaya gəlib.

Hazırda kiçik bizneslə məşğul olan Brodus özünü model biznesində və kinoda da sınayıb.