Mikroinsultun altı əlaməti açıqlandı

05:54 28-09-2019 444

Həkimlər mikroinsulta dəlalət edən altı əlaməti açıqlayıblar.

Bu barədə “NationNews” portalı yazır.

Bildirilir ki, mikroinsultun əsas göstəricisi diplopiya – gözdə ikiləşmədir. Digər simptom isə səhər yuxudan oyananda əl və ayaqların uyuşmağıdır.

Bundan savayı, koordinasiyanın itirilməsi və qəfil baş ağrıları da mikroinsultun istənilən vaxt ola biləcəyindən xəbər verir.

Xəstəliyin digər göstəriciləri isə zehnin dumanlanması və nitqdə problemin yaranmasıdır.