Ukrayna XİN-i Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənləri cəzalandıracaq

06:36 28-09-2019 429

Ukrayna vətəndaşları Dağlıq Qarabağ, Abxaziya və Tsxinvali bölgəsi / Cənubi Osetiya, eləcə də onlara yanaşı ətraf ərazilərə baş çəkmək qərarına gəldikdə Azərbaycan Respublikası və Gürcüstan qanunvericiliyini əldə rəhbər tutmalıdırlar.

Bu barədə Ukrayna XİN-nin bəyanatında deyilir.

“Bu qanunvericiliyin pozulması inzibati və cinayət məsuliyyəti daşıyır”, - deyə bəyanatda bildirilir.

Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının və Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəyişilməz qaydada dəstəklədiyi vurğulanır.

Qeyd edilir ki, Ukrayna XİN-nin rəmi saytında Dağlıq Qarabağın (Azərbaycan Respublikası) işğal edilmiş ərazisinə və ətraf ərazilərə daxil olmaq qaydası, həmçinin Abxaziya və Tsxinvali bölgəsinə / Cənubi Osetiyaya (Gürcüstan) daxil olmaq qaydası yerləşdirilib.