Ağcabədidə qız anasını bıçaqladı

12:27 28-09-2019 423

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. 

Kənd sakini Gülşən Cəfərova anası - 54 yaşlı Şölə Cəfərovaya bir bıçaq xəsarəti yetirib. Yaralı qadın rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.