“Arsenal”ın Liqa Kubokundakı rəqibi “Liverpul” yox, II divizion klubu ola bilər - MARAQLI SƏBƏB

12:36 28-09-2019 570

İngiltərənin “Liverpul” klubu “Carabao Cup”dan uzaqlaşdırıla bilər.

“The Athletic”in eksklüziv xəbərinə görə, Çempionlar Liqasının və UEFA Super Kubokunun son qalibi Liqa Kubokunun (EFL) 1/16 finalında “Milton Kinz Donz” klubuna 2:0 qalib gəldiyi görüşdə qayda pozuntusuna yol verib.

Belə ki, görüşdə qeydiyyatda olmayan futbolçunun xidmətindən istifadə olunub. Bu səbəbdən oktyabrın 29-da keçiriləcək 1/8 finalda “Arsenal”ın rəqibi “Liverpul” yox, II divizion klubu ola bilər.

“Liverpul”un mətbuat katibi açıqlamasında bildirib ki, bundan xəbərdardırlar, inzibati məsələ ilə bağlı araşdırma aparılır və İngiltərə Futbol Assosiasiyası bu barədə qərarını açıqlayanadək heç bir reaksiya verməyəcəklər.     

Səbuhi Musayev