Prezident Elman Rüstəmovu təltif etdi

14:45 28-09-2019 553

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın sədri Elman Rüstəmovu təltif edib. 

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Rüstəmov Elman Sirac oğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 

Xatırladaq ki, E.Rüstəmov 2010 və 2015-ci illərdə beş il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilib.