“Neftçi” ikinci qələbəsini 3 qolla qazandı - VİDEO

20:45 28-09-2019 629

Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.

HerGun.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

Günün yeganə matçında mövsümə uğursuz start verən iki komanda - “Qəbələ” və “Neftçi” üz-üzə gəlib.

Paytaxt təmsilçisi bu görüşdə nəhayət ki, qələbə həsrətinə son qoymağı bacarıb – 3:0.

Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Sumqayıt”a 2:0 hesabıyla qalib gəlib.

Tura sabah keçiriləcək “Sabah” – “Səbail” və “Keşlə” – “Zirə” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

VI tur

28 sentyabr

“Qəbələ” – “Neftçi” 0:3

Qollar: T.Axundov, 60. R.Əliyev, 73. S.Monroz, 89.

Qəbələ şəhər stadionu, Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov